adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Avqust 2021 14:06
16826
SAĞLAMLIQ
A- A+

Bəs onlar niyə koronavirusa yoluxmurlar?!

Deyirlər ki, koronavirusdan qorunmaq üçün üç qızıl şərtə əməl etməlisən: tibbi maska taxmalısan, ara məsafəsi saxlamalısan, dezinfeksiyaedici məhlullardan istifadə etməlisən! Təbii ki, bu deyilənlərə riayət edən çoxlu sayda insanlar var. Amma elə insanlar da var ki, bu deyilənlərin birini də yerinə yetirmir. Ancaq buna baxmayaraq, yenə koronavirusa yoluxmur.

Elə götürək küçələrdə və zirzəmilərdə gecələyən, yıxılb yatan «bomojlar»ı. Mənim tanıdığım bir «bomoj» var, düz, iki ildir qışın soyuğunda, yayın istisində küçələrdə qalır. Bir dəfə olsun nə əlini yuyur, nə çimir, nə də maska taxır. O günü gördüm, məəttəl qaldım. Elə yenə həmin adamdır. Əgər adam demək mümkünsə. Bəs bu «bomoj»lar niyə koronavirusa yoluxmur? Görünür, onların sahibi olmadığı üçün belələrini Allah qoruyur.

 

EMİL FAİQOĞLU