adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Avqust 2021 15:30
18495
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU : - KİMİ... (Saralmış dəftərdən)

Təklik dəyirman daşıdı

Üyüdür bildiyi kimi...

Ağrıyan dərdin başıdı -

Böyüdür, bildiyin kimi...

Dörd divar həm də çəpərdi

Tükənən canda təpərdi...

İlahi, aysberq dəbərdi -

Keyidir, bildiyi kimi...

Bir damla su da sızmayan

Özü yarasın duzlayan

Ürək,kədərin sızlayan -

Neyidir , bildiyin kimi!..