adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Avqust 2021 16:39
20399
SAĞLAMLIQ
A- A+

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Avqustun 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 66 519 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 661, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 858 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 932 734, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 526 467, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 406 267 təşkil edir.