adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Avqust 2021 19:21
18448
MARAQLI
A- A+

Məşhur rəssamın milyonluq tablosu oğruların hədəfi oldu - FOTO

Məşhur fransız rəssam Klod Monenin Niderlanddakı Zaans Muzeyində qorunan 1,4 milyon dollar dəyərindəki “De Voorzaan en de Westerhem” adlı tablosu oğruların hədəfi olub.

"Adalet.az" xəbər verir ki, bu barədə Niderland polisi məlumat yayıb.

Mlumata görə, iki silahlı şəxs əsəri oğurlamağa çalışıb, ancaq buna müvəffəq ola bilməyəcəklərini görərək, hadisə yerindən qaçıblar.

Faktla bağlı istintaq başladılıb, qaçan şübhəlilərin axtarışları davam edir.

Muzeyin açıqlamasına görə, soyğunçular heç nə oğurlaya bilməyiblər. Tablonun zərər görüb-görmədiyi isə araşdırmalardan sonra bəlli olacaq.

2015-ci ildə muzeyin invertarına daxil olan əsər hələlik sərgidən yığışdırılıb.

Qeyd edək ki, K.Mone impressionizmin yaradıcılarından biridir. Onun 1871-ci ildə sürətli fırça zərbələri ilə ərsəyə gətirdiyi tablo Zandamın cənubundakı çay boyu uzanan Vorzanın mənzərəsini əks etdirir.