adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Avqust 2021 10:18
1169
SAĞLAMLIQ
A- A+

Dördüncü, beşinci dozaların qəbuluna da zərurət yarana bilər

“Xəstəlik keçirmək və peyvənd olunmaq - hər iki halda orqanizmdə immunitet yaranır. Birincisi təbii immunitetdir ki, xəstəlikdən sonra yaranır. Orqanizmdə antigenlər, anticisimlər və s. əmələ gəlir”.

Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb elmləri doktoru, professor Sədrəddin Atakişizadə deyib.

O qeyd edib ki, buna nümunə üçün qızılca xəstəliyini göstərmək olar:

“Belə ki, qızılcanı keçirən və ya vaksinini qəbul edən şəxslərdə həyati immunitet yaranır. Onların ömürlərinin sonunadək əlavə peyvənd olunmağa ehtiyacları qalmır.

İkincisi isə süni yaranan immunitetdir ki, o da vaksinasiyanın hesabına əmələ gəlir. Süni yaranan immunitetlərin davamlılıq müddəti bəzən altı ay, bir ilədək çəkir”.

O bildirib ki, bu müddət ərzində vaksin olunan şəxsin immunitetində zəifləmə prosesi gedir:

“Əlavə dozanın qəbuluna ehtiyac yaranır. Elə koronavirusda olduğu kimi.

Ona görə də pandemiya davam edərsə, yoluxmaların sayında azalmalar olmazsa, iki doza qəbul edənlər altı aydan sonra üçüncü dozanı da qəbul etməyə məcburdurlar.

Hətta ola bilər ki, pandemiya bitənə qədər dördüncü, beşinci dozaların qəbuluna da zərurət yaransın”.