adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Avqust 2021 15:05
1516
ANALİZ
A- A+

Tibbi yardım kampaniyasına qoşulan yunanıstanlı: "Mazandarandan gələn gəmi..."

Artıq heç kəsə sirr deyil ki, Rusiya 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş hüdudları aşan addımlar atmağa başlayıb. Elə bu səbəbdən də Azərbaycan Rusiya sülhməramlılarına xəbərdarlıq etdi.

Adalet.az xəbər verir ki, buna baxmayaraq Rusiya sülhməramlıları hələ də Qarabağda öz bildiklərinı edirlər. Onların  həkimləri Ağdərədə 250-dən çox erməniyə tibbi yardım göstərib. həkim qəbuluna ehtiyacı olanlar Azərbaycanın Ağdərə şəhərindəki səhra xəstəxanasında qəbul edilib və onlara tibbi yardım göstərilib. Dağlıq Qarabağda yerli sakinlərin müraciətləri və müalicələri Xankəndi və Ağdərə şəhərlərində qurulan səhra xəstəxanalarında aparılır. Uzaq olan bəzi ərazilərə isə səyyar həkim qrupları tibbi xidmət göstərir..

.


Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xəstəxana fəaliyyətə başladığı gündən bu günə qədər 157-i uşaq olmaqla 1200-dən çox erməni ixtisaslı tibbi yardım alıb. Nazirlik bildirib ki, pasiyentlərin müraciətləri daha çox müxtəlif xroniki xəstəliklərin, ürək-damar və endokrin sistem xəstəliklərinin kəskinləşməsi və diş müalicəsi ilə əlaqədar olub.
Sülhməramlıların tibbi şöbələrində hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar da daxil olmaqla 60-dan çox tibb mütəxəssisi çalışır.

Ümumilikdə, xeyriyyəçi təşkilatları və fondlar vasitəsi ilə Rusiya sülhməramlıları, səhiyyə müəssisələri üçün qida və ehtiyac məhsulları, ixtisaslaşdırılmış tibbi avadanlıqlar və ilkin diaqnostika dəstləri ilə yanaşı, Qarabağdakı ermənilərə 220 tondan çox humanitar yardım verilib”, - Rusiya Humanitar Yardım Mərkəzinin zabiti Ruslan İvanov deyib. Çapar, Cütçü, Umudlu, Vəng və digər kəndlərdə vaxtaşırı bi tip aksiyalar həyata keçirilir..

 


 Əslində Bu belə olmalı deyil. Çünki, Rusiyanın Qarabağda məramı sülh olsaydı, Azərbaycanın   Qarabağdakı erməni vətəndaşlarına nə humanitar, nə də tibbi yardım  göstərərdi. Deyərdi ki, sizin dövlətiniz Azərbaycandır. Siz Azərbaycan vətəndaşısınız və əvvəl –axır bu gerçəyi dərk etməlisiniz! Dərk etdikdən sonra Azərbaycan vətəndaşı olaraq Azərbaycan qanunlarına da riayət etməlisiniz. 
 Hamımıza aydındır ki, Rusiya sülh yaratmaq missiyasına xidmət göstərtərsəydilər, 10 noyabr Bəyannaməsinin şərtlərini həyata keçirərdilər. 
 Son nəticə olaraq Rusiya SM maddi, mənəvi, tibbi yardımlarla Qarabağ ermənilərinin sırf Azərbaycan hökümətinə tabe olmamasını əngəlləyirlər.Yəni biz varıq, Azərbaycan hökümətinə ehtiyac yoxdu...  Amma anlamırlar ki, bir gün necə deyərlər dönəlgələri dönəcək! İnşallah o gün uzaqda deyil.

 

 

 Bu prosesə canfəşanlıqla qoşulan daha bir nəfəri  kəşf etdik. 17 avqustdan etibarən Afina milli universiteti ginekologiya kafedrasının müəllimi, tibb elmləri doktoru Sofiya İvanidu Xankəndində ginekoloji problemləri olan qadınları və yeniyetmə qızları müayinə edərək həkim məsləhətləri verir. Təbii ki bu da  Rusiya SM-mım təşkilarçılığı ilə baş verib. 
Azərbaycan dövləti və ictimaiyyətinin dəfələrlə xəbərdarlığına rəğmən Laçın dəhlizindəki rəsmən sülhməramlı Rusiya hərbi kontingenti rəsmi Bakının razılığı olmadan xarici vətəndaşları ölkəmizin ərazisinə buraxmaqda davam edir.
Artıq bu 10 noyabr Bəyanatı nə qədər öz aktuallığını saxlayacaq bilmirəm. Amma onu deyə bilərəm ki, atalarımızın bir misalı bu yerdə lap yerinə düşür: "Mazandaranda çaqqal az idi, biri də gəmiynən gəldi". 

Digər Xəbərlər