adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Avqust 2021 14:54
1114
ANALİZ
A- A+

ZELENSKİ: "KRIMN AZAD OLUNMASININ GERİ SAYIMI BAŞLADI"

Ukrayna prezidenti Vladimir Zelenski "Krım platforması" sammitində çıxışı zamanı bəyan edib ki, "Bu gündən Krımın azad olunmasının geri sayımı başladı".

"Çox güman ki, 23 avqust 2021-ci il tarixə Krım Avtonom Respublikasının və Sevastopolun işğaldan azad edilməsi günü kimi düşəcək".

Adalet.az xəbər verir ki, o, çıxışı zamanı əmin edib ki, Ukrayna yarımadanı öz tarkibinə qaytaracaq və ümid edir ki, beynəlxalq tərəfdaşları ilə birlikdə "Rusiyanı masaya əyləşməyə məcbur edəcək".

"Ukrayna və şəxsən özüm bütün imkanlardan istifadə edərək Krımı qaytararmağa çalışacağıq. Krım Ukraynayla birlikdə Avropanın bir hissəsi olmalıdı. Bunun üçün bütün siyasi, hüquqi və ilk növbədə diplomatik imkanlardan istifadə edəcəyik"- deyə Zelenski bildirib.

Zelenski yarımadanın qaytarılması üçün beynəlxalq səviyyədə  Kiyevə dəstək lazımdır: "Biz bilirik ki, beynəlxalq dəstək olmadan heç vaxt Krımı qaytara bilmərik".

"Krım platforması" sammiti Kiyev şəhərində keçirilir. Sammitdə 44 ölkənin  və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, sammiti "şabaş" adlandırıb.

Rüstəm Hacıyev

Digər Xəbərlər