adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Avqust 2021 14:16
742
ANALİZ
A- A+

Sabahın hava PROQNOZU: YAĞIŞ

Sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  Adalet.az-a verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var. Günün ikinci yarısında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən, dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Digər Xəbərlər