adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Avqust 2021 10:36
495
ANALİZ
A- A+

Professor: “Xəzər dənizi balığa olan tələbatımızı ödəyə bilməz”

"Azərbaycan, bütün Xəzəryanı ölkələr kimi, Xəzər dənizi və daxili su hövzələrinə müxtəlif vətəgə əhəmiyyətli balıq körpələrinin süni artırılması və təbii mühitə buraxılması ilə məşğuldur. Lakin, Xəzərin dəyişən ekosisteminin müasir şəraitində bu fəaliyyət kifayət qədər səmərəli deyil.Doğrusu etiraf etmək lazımdır ki, təbiətdən tutulan balıq məhsullarının əvvəlki çeşidliliyi və bolluğu artıq olmayacaq. Hamımız təbii balıq ehtiyatlarının cəmiyyətin balıq məhsullarına artan tələbləri ilə uyğun olmadığını başa düşməliyik".

Adalet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov deyib.

Onun sözlərinə görə, 2011-ci ilə qədər, Xəzəryanı ölkələr tərəfindən nərə balığının kommersiya ovuna moratorium tətbiq edildikdə Azərbaycana nərə balığı ovu üçün ayrılan kvota cəmi 90 ton ət təşkil edirdi: "Hazırda isə ölkəmizdə nərə balığının yetişdirilməsi ilə məşğul olan akvakultura fermalarının artan fəallığı artıq 300-400 tona qədər nərə balığı ətinin daxili bazara çıxarılmasına imkan yaradır.

Ölkəmiz digər ölkələrdən balıqçılıq məhsulları da idxal edir. Balıq məhsullarına artan tələbat, akvakulturanın inkişafına və iqtisadiyyatın bu sektoru üçün dövlət strategiyasının (proqramının) qəbul edilməsinə olan ehtiyacı diktə edir. Xəzər dənizi və digər təbii su hövzələri artıq artan balığa olan tələbatımızı ödəyə bilməz. Şəhərlərimizin bazarlarına girərkən, getdikcə daha az tutulan dəniz balığını, daha çox akvakulturada yetişdirilən balığın rəflərdə olduğunu görürük. Və bu, indiki dövrün reallığıdır, yəni kənd təsərrüfatının digər sahələrində – quşçuluqda, heyvandarlıqda və bitkiçilikdə müşahidə olunduğu kimi müxtəlif növ balıqların akvakulturada broyler sənaye tipli yetişdirilməsini inkişaf etdirmək lazımdır".

Digər Xəbərlər