adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 Avqust 2021 16:00
1133
SAĞLAMLIQ
A- A+

COVID-19 əleyhinə vaksin: Son sutkada 84 232 nəfərə vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84 232 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54 063, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 169 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 419 537, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 884 713, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 534 824 təşkil edir.