adalet.az header logo
  • Bakı 18°C
27 Avqust 2021 13:45
665
ANALİZ
A- A+

ƏSLİNDƏ «AZAL» QİYMƏTLƏRİ BİR AZ DA QALDIRMALIDIR

 

«AZAL»a şər atırdılar ki, guya dünyanın ən bahalı aviabiletini hörmətli  Cahangir  Əsgərov satır. Heç demə  belə deyilmiş.  Cahangir Əsgərov da, «AZAL» da ABŞ-ın aviaşirkətlərinin yanında həm toya, həm də nişana getməliymiş.

ABŞ-ın  aviaşirkətləri  Kabildən  qaçmaq istəyən hər bir əfqana bileti 6500 dollara verir. Özü də nə yemək verir  təyyarədə, nə də  kreslo.

Kənd camaatı bilir (bunu «Mimino»da da görmüsünüz), kəndə kino gələndə iki kubikin üstünə  taxta  qoyulurdu və camaat  orda otururdu. İndi ABŞ-ın təyyarələri də əfqanları belə daşıyır, bunu  videolarda görmüsünüz.

«AZAL» heç olmasa  kreslo verir, yemək verir,  su istəyəndə su verir, çay  istəyəndə  çay verir.

«AZAL»ın yerində olsam , biletləri bir az da qaldıraram. Təyyarədə uçmaq  istəmirsən ya piyada get, ya da maşının varsa maşınla.

Digər Xəbərlər