adalet.az header logo
  • Bakı 21°C
27 Avqust 2021 14:07
546
ANALİZ
A- A+

MÜDAFİƏ NAZİRLİYİNİN  GÜLMƏLİ  AÇIQLAMASI

 

Deməli, Gəncə hospitalının  psixiatriya bölməsində yatan bir MAXE  hospitalı  tərk edib  və çıxıb gedib Ağdərəyə. Orda da  bir  evdən  ya su istəyibmiş, ya nə istəyibmişsə xəbər eləyiblər olmayan respublikanın təhlükəsizlik xidmətinin  əməkdaşları gəlib  qolunu  qandallayıb həbs ediblər və haqqında iki cinayət işi qaldırıblar. Biri «Artsaxın  sərhədlərini»  pozduğuna görə, ikincisi də  «casusluğa» görə. Erməniləri başa düşdük, onlar hələ də Dağlıq Qarabağı Artsax adı ilə ayrıca bir dövlət kimi  tanıyırlar.  Heç demə  sərhədlərini də müəyyənləşdiriblər.

Bizim Müdafiə Nazirliyi də bir açıqlama  yayıb ki, həmin MAXE ilə əlaqədar  cinayət  işi qaldırılıb.

Bu cinayət  işi  hansı maddələrlə  tövsif  olunur, deyilmir. Xəstəxanadan  qaçmağına görəmi? Azərbaycan Respublikasının  Cinayət  Məcəlləsində belə bir  maddə yoxdur. Azərbaycanın hansısa bir bölgəsindən başqa  bir  bölgəsinə getdiyinə görəmi?  Cinayət  Məcəlləsində  belə bir  maddə də yoxdur.

Düzdür, işğaldan azad olunmuş ərazilərə icazəsiz getməyə görə  vətəndaşlar məsuliyyət  daşıyır, bu da  cinayət  məsuliyyəti deyil, inzibati  cəza alırlar, uzağı  15 sutka.

İndi hörmətli Müdafiə Nazirliyi,özünüz dediyiniz kimi, bu adam  əsəb xəstəsiymiş və müalicə alırmış. İndi  əsəbləri tab gətirməyib, ya nədən  belə bir  məsuliyyətsiz addım atıb.

İndi əsgərimizi xilas etmək  üçün yollar  axtarmaqdan, Rusiyanın ordakı  sülhməramlılarından  həmin əsgəri geri  qaytarmağı  tələb etməkdənsə belə bir gülünc açıqlama verirsiniz.

Allah işinizi avand eləsin.

***

Digər Xəbərlər