adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Avqust 2021 17:33
558
SAĞLAMLIQ
A- A+

Azərbaycanda koronavirusa yoluxanların sayı 4 mini keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 203 yeni yoluxma faktı qeydə alınıb, 1 724 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 409 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 864 nəfər müalicə olunaraq sağalıb, 5 469 nəfər vəfat edib, aktiv xəstə sayı 49 412 nəfərdir.