adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Avqust 2021 13:46
1321
SAĞLAMLIQ
A- A+

“Delta”dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar.

Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər.

Cənubi Afrika ilə yanaşı bu variantın Britaniya, Çin, Konqo Demokratik Respublikası, Yeni Zelandiya, Portuqaliya və İsveçrə kimi ölkələrdə də müşahidə edildiyi qeyd olunub.

C.1.2 ştammı digər ştammlardan daha sürətlidir.

Mütəxəssislər bildirir ki, onun yarısından çoxu 14 dəfə mutasiyaya uğrayıb:

“Bu variantın təsirini görmək üçün daha çox çalışmaq lazımdır. Onun “Delta” variantına qarşı dominant olub-olmayacağını görmək üçün araşdırmaları artırmalıyıq”.

Mənbə: “Haber Global”