adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Avqust 2021 16:30
1147
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 3 788 nəfər koronavirusa yoluxub, 44 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 788 yeni yoluxma faktı qeydə alınıb, 3 228 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 424 891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 366 126 nəfər müalicə olunaraq sağalıb, 5 636 nəfər vəfat edib, aktiv xəstə sayı 53 129 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 693, ötən müddət ərzində isə ümumilikdə 4 461 937 test aparılıb.