adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Sentyabr 2021 12:05
1102
ANALİZ
A- A+

ABŞ TALİBANLA GİZLİ SÖVDƏLƏŞMƏ APARIB

 

CNN teleşirkətinin məlumatına görə, amerikan hərbiçiləri ABŞ vətəndaşlarının Əfqanıstadan evakuasiyası üçün, onların  Kabil aeroportunun  "məxvi" qapılarından  çıxarılmasına şərait yaradılması məqsədilə taıiblərlə gizli sövdələşmə aparıb

Adalet.az xəbər verir ki, amerkanlılara, aeroport yaxınlığında yığışan amerika vətəndaşlarının taliblər tərəfindən yoxlanıldıqdan sonra,  onların evakuasiya məntəqəsinə qədər ötürüldükləri və ABŞ hərbiçilərinə təhvil verildikləri barədə məlumat verilib.

"Amerikan hərbiçiləri bir çox hallarda həmvətənlilərinin taliblərin müşayətilə gətirilməsini müşahidə edə biliblər"-deyə CNN  bildirib.

Əməliyyat gün ərzində bir neçə dəfə təkrar olunub və amerikalı vətəndaşlar əsasən daxili işlər nazirliyinin binasında toplaşıblar. Artıq bütün vətəndaşlarının Əfqanıstandan çıxarıldığını elan edən  ABŞ, daha sonra etiraf edib ki, orada hələ bir neçə yüzə yaxın vətəndaşı qalıb. ABŞ talibləri orada qalan vətəndaşların ölkədən çıxmasına əngəl törətməməyə çağırıb.

Rüstəm Hacıyev
 

Digər Xəbərlər