adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
01 Sentyabr 2021 12:26
1097
İQTİSADİYYAT
A- A+

İngiltərənin əmlak bazarında azərbaycanlı artımı

London daşınmaz əmlak bazarında koronavirus pandemiyasının səbəb olduğu sakitlik canlanmaya yol açıb. Yenə də Dumanlı Albionda milyonlarla dollara mənzil almaq istəyən əcnəbilərin sayında artım var.
Onların arasında azərbaycanlı alıcılar da yer alıb.
Bu haqda informasiyanı Britaniyanın "Estate Agent Today" portalı yayıb.
Mənbə yazır ki, məşhur London daşınmaz əmlak agenti çoxlu sayda xarici müştərinin şəhərə qayıdışını qeyd edir. Onun fikrincə, sentyabrda daha çox insan gələcək.
"Eccord" daşınmaz əmlak agentliyinin icraçı direktoru Joe Eccles deyir ki, hazırda İsrail, Azərbaycan, Avstraliya və Amerikadan olan müştərilərlə işləyir. Bu müştərilər 2,5-10 milyon funt sterlinq dəyərində evlərin alınması üçün sifariş veriblər.
Joe Eccles pandemiyadan sonrakı vəziyyətdə əmlak qiymətlərinin də artdığını söyləyib. Britaniyanın təhsil sistemi və Londonun cazibədarlığı İngilis daşınmaz əmlakını yenidən cazibədar edir.
Varlı əcnəbilər ailələrini, uşaqlarını Londona yerləşdirir və ya elit klublara yazdırırlar. Və nəticədə özləri üçün mənzil alırlar.
Ecclesə görə, bəzi müştərilər özləri üçün ev tapmağa çalışırlar, amma uğursuz olduqda daşınmaz əmlak agentinin xidmətlərinə müraciət edirlər.

Bu da təbii olaraq alıcıların artmasına səbəb olur.
Xatırladaq ki, Britaniyada qəbul edilən yeni qanunlara görə, bu ölkədə daşınmaz əmlak və ya digər aktiv almaq istəyən əcnəbilər öz vəsaitlərini qanuni yolla əldə etmə faktını sübut etməlidirlər.

 

AYXAN