adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Sentyabr 2021 15:12
1833
TEXNOLOGİYA
A- A+

Çinin Elon Maskı Jak Ma haradadır?

Çinli texnologiya nəhəngi Alibabanın qurucusu Jak Ma aylardır ortada yoxdur. Nə xəbər çıxır, nə də bir fotosu. Bəs yaxşı, Jak Ma hardadır? 

O, Çinin ən böyük ticarət imperiyalarından birini sıfırdan inşa etdi. Milyardlarla dollar sərvət yığdı və yüz milyonlarla insanı digital innovasiyalarla tanış etdi. Jak Manı zaman-zaman Çinin Jef Bezosu, Elon Maskı, Bill Qeytsi adlandırırdılar. 

Şöhrətinin bu çağında o, qəfildən yoxa çıxdı. Saydığım adlar qəzetlərin, saytların manşetlərindən düşməz ikən Manın bir ilə yaxındı bircə xəbəri də çıxmır. Hardadır? Nə edir? Onun bu yox oluşunun səbəbi nədir?

Çində iqtidarda olan Kommunist Partiyası bu texnoloji inkişaf təhdid kimi görməyə başlayınca Manın iqtidarla əlaqələri qopdu.

Onu yaxından tanıyanların " Wall Street" ə verdiyi açıqlamaya görə iş səyahətlərini, toplantıları bir kənarə qoyan Ma müxtəlif qurumların liderləri ilə qolf oyanır və bol-bol fəlsəfə kitabları oxuyur. Hətta yağlı boya ilə rəsm çəkməyə marağını özünə müəllim tutmaqla reallaşdırıb. 

Qəzetə gələn fotolardan görünür ki, sənətə quş və çiçək rəsmlərilə ayaq basan Ma bu gün daha böyük rəsmlərə imza atır. 

Deyilənə görə, Ma aranı düzəltmək üçün Pekinlə təmasa keçib. Ancaq səlahiyyətli şəxslər bu addımları gec atılmış addım kimi qiymətləndirib. 

 

Eminquey