adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Sentyabr 2021 15:34
1243
SAĞLAMLIQ
A- A+

ÜST-dən “Mü” ştamı ilə bağlı AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni ştamı ilə maraqlanır.

Adalet.az xəbər verir ki, bu fikirlər “New Scientist”in təşkilatın məlumatlarına istinadən yaydığı xəbərdə yer alıb.

Məlumata əsasən, ÜST koronavirusun “Mü” ştamını maraq doğuran COVID-19 mutasiyaları siyahısına daxil edib. 

Koronavirusun yeni “Mü” və yaxud B.1.621 ştamı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar olunub. Bu ştam ilə yoluxma halları nəinki Cənubi Amerikada, həmçinin Avropada da aşkar olunub.

ÜST-nin məlumatına görə, hazırki vaksinlər bu ştama qarşı daha az effektiv nəticə göstərə bilər. Həmçinin qeyd olunur ki, koronavirusun bu ştamının araşdırılması üçün əlavə tədqiqatlar tələb olunacaq.

ÜST, həmçinin qeyd edir ki, “Mü” ştamının dünyada yayılması halları azalıb və hazırda 1%-dən az təşkil edir.