adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Sentyabr 2021 16:05
1685
MARAQLI
A- A+

Amerikalı xəsis milyarder Pol Qetti

Milyarder Pol Qettinin neft şirkəti var idi və 1957-ci ildə o, Amerikanın rəsmi olaraq ən varlı insanı hesab edilirdi. 1966-cı ildə onun 1,2 milyard dollar sərvəti var idi.

1973-ci ildə Pol Qettinin nəvəsi Romada mafiya tərəfindən qaçırıldı və uşağın sağ-salamat geri qaytarılması üçün 17 milyon dollar pul istənildi. Baba Pol Qetti pulu ödəməkdən boyun qaçırırdı. 4 ay sonra mafiya nə qədər ciddi olduğunu göstərmək üçün nəvənin qulağını kəsərək poçt ilə ailəsinə göndərdi.

Zamanla mafiya istədiyi pulu 3.2 milyon dollara qədər endirməli oldu, lakin milyarder Pol Qetti qiyməti 3 milyon dollara qədər endirdi. Sonda Pol Qetti bu pulun 2.2 milyon dollarını ödəməyə razılaşdı və geri qalan 800 000 dolları öz oğluna illik 4% ilə kreditə verdi…

Uşaq xilas edildi. Həmin uşaq bu hadisədən sonra həyatı boyunca psixoloji problemlər yaşadı, narkotikdən asılı vəziyyətə düşdü və zamanla eşitmə-görmə qabiliyyətini itirdi. Uzun illər əlil arabasına məhkum oldu və 54 yaşında öldü.

Uşağın oğurlanma hadisəsindən 3 il sonra milyarder Pol Qetti öldü və ölərkən onun 6 milyard dollar sərvəti var idi.

Pol Qetti hər şeydə endirim istəyən adam imiş. Təsəvvür edin ki, paltarlarının yuyulması üçün belə ödəniş etmirmiş, əllə yuduzdururmuş. Boynu xarab olan köynəyinin əvəzinə yeni köynək almırdı, həmin köynəyin boynunu düzəltdirirdi. Yazı yazmaq üçün kağız lazım olanda yeni kağız yox, köhnə məktubların üstündə yazırmış.

 

Mənbə: BBC News, The Daily Telegraph