adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Sentyabr 2021 09:13
799
SAĞLAMLIQ
A- A+

ÜST koronavirus əleyhinə digər peyvəndləri nə üçün təsdiqləmir? - AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı istehsalçıların istəyi və müraciəti əsasında Təcili İstifadə Siyahısı üçün peyvəndləri qiymətləndirir.

Bunu  Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, ÜST yalnız təhlükəsizliyi və effektivliyi sübut olunan peyvəndləri təsdiq edir:

"2020-ci ilin aprel ayında ÜST pandemiyanın qarşısının alınmasında təsirli olacaq peyvəndlər üçün minimum meyarları açıqladı. Təcili istifadə üçün qiymətləndirilən bütün peyvəndlər COVID-19 infeksiyasına qarşı minimum effektivlik səviyyəsinə çatıb. Bir çox peyvənd yerli qurumların icazəsi ilə müstəqil sınaqlara cəlb olunub, lakin bəzilərinin ÜST tərəfindən qiymətləndirilməsi tamamlanmayıb. ÜST onları qiymətləndirməyə davam edir. Texniki ekspert qrupu qiymətləndirmələri tamamladıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq".(trend)