adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Sentyabr 2021 09:31
1526
TEXNOLOGİYA
A- A+

“WhatsApp” bu telefonlarda işləməyəcək

Dünyanın ən çox istifadə olunan messenceri “WhatsApp” son yenilənməsinin köhnə Android və iOS telefonlarında çalışmayacağını açıqlayıb.

Məlumata görə, noyabrın 1-dən etibarən messencer Android 4.0.4 və iOS 9 da daxil olmaqla daha köhnə proqram təminatı ilə işləyən telefonları dəstəkləməyəcək.

“WhatsApp”ın çalışmayacağı telefon modellərindən “Samsung Galaxy” silsiləsində “S3 Mini”, “Trend II”, “Trend Lite”, “Core”, “Ace 2”, “LG Optimus” seriyasından F7, F5, “L3 II Dual”, F7 II, F5 II, eləcə də “Sony Xperia”, “Huawei Ascend Mate” və “Ascend D2”, həmçinin “Apple iPhone” modeelərindən SE, 6S, və “6S Plus” qeyd olunub.

Mənbə: “Haber Global”