adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Sentyabr 2021 10:33
1370
SAĞLAMLIQ
A- A+

Stress, antibiotik, telefon və forsun yaratdığı “xərçəng”

İngiltrədə gözlərin gözəl və “nəmli” görünməsi üçün istifadə edilən kosmetik vasitə 16 yaşlı qızın ölümcül xəstəliyə düçar olması ilə nəticələnib. Bəli, bu ölümcül xəstəlik nadir hallarda müşahidə edilən onkoloji xəstəlik sayılan neyroblastomadır.

Lesterşir qraflığında yaşayan Taşa Jilka 2018-ci ilin mayında yerli supermarketlərdən birindən aldığı kosmetik vasitənin onda ağır allergik reaksiya yaratmasından şikayətlənərək həkimlərə üz tutub.

Taşanın sözlərinə görə, maye dekoratik kosmetika onda çox ağır onkoloji xəstəlik yaradıb.

“Bu vasitədən istifadə edəndən sonra sol gözümdə kəskin ağrılar hiss etdim. Bir neçə gün sonra ağrılar sağ gözümdə də peyda oldu. Sonra bir metrlikdəki əşyaları görməməyə başladım”, - Taşa söyləyib.

Jilkanın valideynləri okulistlərə üz tutsalar da, həkimlər ona dəqiq diaqnoz qoya bilməyiblər.

4 ay sonra isə Jilkanın valideynləri onu Kembricşir hospitalına aparıblar. Orada Taşanın burnunda əməliyyat aparılıb, amma qızın problemləri bitməyib.

2019-cu ildə isə “Leicester Royal Infirmary” xəstəxanasında aparılmış müayinə zamanı həkimlər Taşanın burnunun yuxarı hissəsində tünd-xallı nüvələrə malik bədxassəli şişi aşkarlayıblar. Biopsiyadan sonra Taşada nadir onkoloji xəstəlik sayılan neyroblastoma olduğu müəyyənləşib.

Xərçəng şişi qızın başında sürətlə böyüdüyündən təcili cərrahiyyə əməliyyatına ehtiyac olub.

2020-ci ilin mayında cərrahlar şişi kəsib götürüblər. Lakin Taşanın həyatı hələ də təhlükədədir. Mürəkkəb kimya terapiyası prosedurları ilə yanaşı, zavallı qız burun formasının bərpası üçün plastik cərrahiyyə əməliyyatına da məruz qalıb.

Taşanın valideynlərinin dediklərinə görə, qızın belə bəlalara məruz onun qalmasının səbəbi onun Çin  şirkətinin istehsalı olan kosmetik vasitədən istifadə etməsidir.

Maraqlıdır görəsən daha nələr insanda xərçəngin yaranmasına səbəb ola bilər?

Onkoloq Ruslan Fətiyevin fikrincə, düzgün və sağlam qidalanma təkcə xroniki xəstəliklərin deyil, eyni zamanda, xərçəng xəstəliyinin də profilaktikasıdır. Xərçəng xəstəliyinin yaranma səbəblərinin statistikasına görə səhv qidalanma tütündən sonra ikinci yeri tutur: “Baxmayaraq ki, tədqiqatçılar xərçəngin inkişafına hansı ərzaqların təsir etdiyini müəyyən edə bilmirlər.

Əsasən qadınları maraqlandıran məsələlərdən biri saç üçün boyalarının xərçəng xəstəliyini əmələ gətirib, gətirməməsidir. Araşdırmalara görə, saç boyalarından istifadə edən qadınlar digər qadınlara nisbətən xərçəngə tutulmağa daha çox risklidirlər. Bu qənaətə Kaliforniya Tibb Universitetinin tədqiqatçıları gəliblər. Mütəxəssislər apardıqları müşahidələrlə belə bir nəticəyə gəliblər ki, saç boyasından (xüsusilə də tünd çalarlardan) istifadə immun sistemini darmadağın edən qorxulu şişin inkişafını gücləndirir. Belə ki, son 20-25 il ərzində saç boyasından istifadə edən qadınlar bu xəstəlikdən təbii saç rənginə üstünlük verən xanımlardan iki dəfə artıq əziyyət çəkirlər. Hələ ki alimlər saç boyası ilə qorxulu şişi bir-birinə bağlayan mexanizmi başa salmağa çətinlik çəkirlər. Əlbəttə, ilk növbədə, şübhə doğuran elementlər saç boyalarının tərkibində olan kimyəvi maddələrdir”.

Başqa bir maraq doğuran məqam isə xərçəng yoluxucu olub, olmamasıdır. İngilis alimləri növbəti dəfə dəlil əldə ediblər ki, xərçəng infeksion xəstəliyin nəticəsi ola bilər. Hər halda, onların əldə etdikləri sübutlar mədə, böyrək və bağırsaq xərçənginə uyğundur. London Tibb Kollec mütəxəssislərinin fikrincə, qastrit, xoranın yaranmasına səbəb olan mədə-bağırsaq infeksiyaları, həmçinin, mikrobların digər növü qorxulu şişin inkişafına təkanverici qüvvələrdir. Tədqiqatların göstərdiyi kimi, bu mikroblar orqanizmdə insan hüceyrələrinin bölünməsini pozan toksinlər ifraz edir və nəticədə, normal hüceyrələr mutasiyaya uğrayıb xərçəngə çevrilir.

Onu da nəzərinizə çatdırım ki, araşdırmalara görə, antibiotiklər də döş xərçənginə səbəb ola bilir. Belə ki, Vaşinqton Universiteti alimlərinin apardığı müşahidələrə görə, antibiotiklərdən müntəzəm istifadə döş xərçənginə tutulmaq risqini ikiqat artırır. 25 kurs antibakterial terapiya keçən qadınlar xərçəng xəstəliyinə 1,5 dəfə tez tutulublar. Bundan əlavə, antibiotik qəbul edən qadınları çox vaxt sağaltmaq mümkün olmayıb, bu da ölümə səbəb olub. Tədqiqatçılar qeyd edirlər ki, çıxılmaz vəziyyətdə qaldıqda belə antibiotiklərdən imtina etmək lazımdır. Onların fikrincə, ən əsas məsələ, antibiotik qəbulu və xərçəng şişlərinin əmələ gəlməsi arasında olan əlaqəni müəyyənləşdirməkdir”.

 

R.Fətiyev bizimlə söhbətində bildirdi ki, məişətimizə daxil olan mobil telefonlar şişin inkişafını tezləşdirməsi məsələsi də insanları narahat edən vacib amillərdəndir:

 

“Mütəxəsislərin araşdırmalarına görə, mobil telefonlardan daimi istifadə eşitmə sinirində nevrinomanın yaranmasını iki dəfə tezləşdirir. Nevrinoma eşitmə orqanında olan sinir toxumasının qorxusuz şişidir. Gündə 20-30 dəqiqə mobil telefonla danışan insanlarda xərçəng xəstəliyinə tutulma ehtimalı böyükdür”.

Və nəhayət, son zamanların bəlası olan stress....

Alimlərin fikrincə, bir porsiya stress döş xərçənginin qarşısını alır. Buna baxmayaraq, bir az öncə həkimlər stresin xəstəlik risqini artırdığını bildirmişdilər.

Danimarka alimlərinin apardıqları tədqiqat göstərib ki, gündəlik stresli situasiyalar sağlamlıq üçün xeyirli olduğu halda, qəfil güclü stresin (məsələn, yaxın qohumun ölümü) mənfi fəsadları var. Həkimlər güclü stres keçirən və döş xərçəngi ilə şübhəli bilinən qadınları müayinə ediblər. Onlar stresi güclü, orta və zəif olmaqla üç yerə bölmüşlər, həmçinin, stres keçirən qadınların emosional hallarını və fiziki göstəricilərini qeyd ediblər. Stres xəstələrdə özünü müxtəlif cür əks etdirirdi: bəziləri gərginlik, həyəcan, səbəbsiz qorxu hissi, digərləri isə yuxusuzluq hissi keçirirdilər. Testlər göstərdi ki, yaxın qohumun ölümü, ağır xəstəlik, qəza və sair kimi güclü stres keçirən qadınlarda döş xərçəngi müşahidə olunmamışdır. Danimarka alimləri müəyyən ediblər ki, güclü stres xərçəng xəstəliyinə tutulmaq ehtimalını 40% azaldır. Həkimlər başda Naya Nelson olmaqla, bu cür hadisəni belə başa salırlar: güclü stres qadın harmonlarına təsir edir, əsasən də xərçəng hüceyrələrinə təsir göstərən estrogen harmonlarına.

Daha bir araşdırma isə çirkli havanın insanda xərçəngə səbəb olduğu isbat edir. Hər il 150 min adamın xərçəng xəstəliyinə tutulduğu Türkiyədə edilən araşdırmalar hava çirkliliyinə məruz qalmanın xərçəngin meydana gəlməsində siqaret çəkməklə eyni təsirə sahib olduğunu göstərir. Ürək-damar xəstəliklərindən qaynaqlanan ölümlərdən sonra, ikinci sırada xərçəngdən qaynaqlanan ölümlər gəlirkən, bu gün xərçəng ən vacibi xalq sağlamlığı problemi olaraq qəbul edilir. Dünyada hər il 12 milyon adam xərçəngə tutularkən, 7 milyon adam həyatını itirir.

Xərçəngə tutulmada genetik ünsürlərlə birlikdə hava çirkliliyi də böyük rol oynayır. Edilən araşdırmalar sıx bir şəkildə hava çirkliliyinə məruz qalan kəslərin siqaret çəkənlərlə eyni əlamətləri daşıdığını və ağciyər xərçənginə tutulma riskinin artdığı açıqlanır.

 

İLTİFAT