adalet.az header logo
  • Bakı 17°C
03 Sentyabr 2021 13:39
851
SAĞLAMLIQ
A- A+

Gənclər koronavirusdan niyə ölür? - AÇIQLAMA

COVİD-19-a yoluxmuş şəxslərin həkimə gec müraciət etməsi və ev şəraitində yalnış müalicə alması gənclər arasında ölüm hallarının artmasına səbəb olur.

Trend-in məlumatına görə, bu sözləri TƏBİB-in əməkdaşı Nəzrin Mustafayeva bildirib.

Onun sözlərinə görə, həkim təyinatı olmadan evdə yalnış müalicə üsullarından, dərman preparatlarından istifadə olunması xəstələrin vəziyyətinin ağırlaşmasına və bəzən ölüm halı ilə nəticələnməsinə səbəb olur.

Kütləvi tədbirlərin keçirilməsinə icazə verilməsi sıx təmasların sayının artmasına və virusun sürətlə yayılmasına səbəb olur.

Bu barədə TƏBİB İdarə heyəti yanında Elmi-Tibbi Komitənin sədri Akif Qurbanov bildirir ki, COVİD-19-un Delta ştammının yoluxuculuq qabiliyyəti daha sürətli olduğundan təmaslar artdıqca əhali arasında yoluxma hallarının artması gözləniləndir.

Mütəxəssislər pandemiyanın sona çatmasını əhalinin 75 faizinin vaksinasiya olunmasından və COVİD-19-a yoluxma hesabına immunitet qazanmasından sonra olmasını proqnozlaşdırır.

Qeyd edək ki, əhalinin 27 faizi hər iki doza vaksinasiyada iştirak edib.Rəsmi rəqəmlərə əsasən isə bu günədək 425.000-ə yaxın şəxs koronavirusa yoluxub.