adalet.az header logo
  • Bakı 19°C
06 Sentyabr 2021 12:02
716
ELM VƏ TƏHSİL
A- A+

MÜĞƏNNİ təhsil mütəxəssislərinin, valideynlərin  və ziyalıların əvəzinə ETİRAZ ETDİ

"Məktəbləri yenə onlayn təhsil sisteminə keçirdilər. Bu qərarla bizim uşaqların həyatını məhvə aparırlar. Uşaqların onlayn aldıqları təhsil onları şikəst edir".


Adalet.az xəbər verir ki, bu sözləri Nura Suri sosial şəbəkə hesabında yazıb.
“Hazırda məktəblərin onlayn sistemə keçməsinin bir səbəbi ola bilər - uşaqları da peyvənd etmək. Belə bir hal olarsa, qarşıda çox problemlər yaranacaq”, - müğənni bildirib.


Qeyd edək ki, özəl məktəblərdə 1 sentyabrdan təhsil onlayn qaydada açılıb. Azərbaycanda təhsilin necə tədris olunacağı barədə hələlik Operativ Qərargah qərar verməyib.


Yadınızdadırsa, müğənni bu ilin may ayında  məktəblərin açılmasına da  etrazını bildirmişdi.  O, bu barədə "Facebook" səhifəsində belə bir paylaşım da etmişdi: "Çox maraqlıdır, kim düşünüb məktəbləri yay tətilinə çıxmasına 20-30 gün qalmış "Formula"ya görə bağlanmış şəhərimizi nəzərə almayaraq açmağı? Uşaqlar güc-bəla ilə onlayn dərslərə öyrəşiblər. İmtahan bir tərəfdən, səhər saatlarla və dərsdən qayıdanda tıxacda".