adalet.az header logo
  • Bakı 16°C
07 Sentyabr 2021 14:35
603
ELM VƏ TƏHSİL
A- A+

Orta məktəblərdə dərslərin bir həftə gec başlamasının səbəbi açıqlanıb

Azərbaycanda orta məktəblərdə dərslərin bir həftə gec başlamasının səbəbi açıqlanıb.

Adalet.az-ın məlumatına görə, təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib ki, məqsəd bir həftə ərzində daha çox insanın vaksin olunaraq immun qazanmasını gözləməkdir:

“Bu gün Azərbaycanda vaksinasiya prosesi sürətlə gedir. Hesab edirik ki, bir həftə ərzində daha çox insan vaksin olunub immunitet qazana bilər ki, bu da tədris prosesinə müsbət təsir göstərə bilər”.

Qeyd edək ki, normalda dərslər sentyabrın 15-də başlamalı idi.