adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Sentyabr 2021 15:21
1169
ELM VƏ TƏHSİL
A- A+

Nazir siniflərdəki şagird sıxlığından DANIŞDI

“Ötən il məktəblərimizdə 85 626 sinif olub ki, onların 57 faizdən çoxunda, yəni 49 minində şagird sayı 20-dən azdır”. 

Adalet.az-ın məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib. 

Onun sözlərinə görə, digər 23 faiz məktəbdə 21-25 nəfər təhsil alır: 

“40 nəfər və daha çox şagirdin olduğu sinif sayı 311-dir. Bu da bütün siniflərin 0,4 faizini təşkil edir. Bu rəqəm az olduğu üçün, düşmürəm ki, yoluxma sayına ciddi təsir etsin”.