adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Sentyabr 2021 19:50
1206
SAĞLAMLIQ
A- A+

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 70 768 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 927, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 841 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 307 149, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 439 1664, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 915 485 təşkil edir.