adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Sentyabr 2021 09:48
2568
KRİMİNAL
A- A+

Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü də açıldı

Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü də açıldı.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən Adalet.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Fuad Qənbərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə olan "patı" və "şüşə" adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

F.Qənbərovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının 2-də tanışı Coşqun Əhmədovla birlikdə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi də müəyyən edilib.

Keçirilən tədbirlərlə C.Əhmədov şöbə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən Orxan Mirzəyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə heroin aşkarlanıb.

Faktlarla bağlı İmişli RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.