adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Sentyabr 2021 15:38
1143
ELM VƏ TƏHSİL
A- A+

EMİN ƏMRULLAYEVƏ MAFİYA HÜCUMU 

Deməli, təhsil naziri ayın 7-də mətbuat konfransı  keçirdi. Biz adətən  yüksək vəzifəli  məmurların Azərbaycan  dili ilə bağlı  problemlərini yazırıq. Biz deyəndə,  söhbət  təkcə «Ədalət» qəzetindən getmir və təbii ki,  biz də  yazırıq.  Nazir sualları Azərbaycan dilində çox gözəl cavablandırdı. Və çox səmimi idi. Nazirdən  daha çox  mətbuat xidmətinin rəhbəri kimi  özünü aparırdı, yəni  eqo nümayiş etdirmirdi.

Bir jurnalist tapmaca kimi  bir  sual verdi, hərçənd ki, ondan əvvəl başqa   jurnalistlərin   bu mövzuyla bağlı  verdiyi  suallara cavab vermişdi.

İndi baxıram, saytlarda və sosial şəbəkələrdə Emin Əmrullayevi ağ yuyub quru  sərirlər. Ona qarşı çox böyük bir  hücum təşkil olunub. Və görürük ki, Əli Həsənovun  trolları  yeni məkanda yeni  fəaliyyətdədirlər.

Ümumiyyətlə,  Azərbaycan təhsil  sistemini  30 ildə  elə bir  duruma  salıblar ki, bu problemləri  aradan  qaldırmaq üçün gərək Allahın  bacısı  oğlu  olasan.

Mən bir dəfə təhsildəki  problemlərlə bağlı  yazmışdım ki, Misir  Mərdanov Allahın  bacısı oğlu deyil ki, bu problemləri  aradan qaldırsın.

Emin Əmrullayev də heç Allahın   bacısı  oğlu deyil. «Təhsil haqqında» Qanuna  yenidən  baxılmalıdır. Mən  təhsil  eksperti  deyiləm, amma bir  müddət  müəllim  işləmişəm. Əgər Azərbaycan boloniya sistemindən  imtina edib yenidən  köhnə sistemə keçsə müəyyən bir  müddətdə Yusif Məmmədəliyev də, Həsən Abdullayev də, Cəlal Allahverdiyev də, Xudu Məmmədov da, Əhliman  Əmiraslanov da, Arif Babayev də, Vaqif Abbasov da və sair və ilaxır  yetişdirə bilər. 30 illik  boloniya sistemində yuxarıda adları çəkilən  belə bir şəxsiyyətləri  yetişdirə bilmişikmi?