adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Sentyabr 2021 16:13
992
ELM VƏ TƏHSİL
A- A+

Tibb işçilərinin sertifikasiyasında dəyişikliklər edildi

Azərbaycanda tibb işçilərinin sertifikasiyasında dəyişikliklər edilib.

Adalet.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

Mərkəz rəhbəri qeyd edib ki, Nazirlər Kabineti ixtisasların təsnifatında dəyişiklik edib: "Bu prosesə 18 yeni ixtisas əlavə olunub. Buna görə qərar verildi ki, ixtisaslar üzrə sertifikasiya imtahanı üçün suallar hazırlansın. Hazırda bununla bağlı iş gedir”.

O bildirib ki, sertifikasiyada sınaq imtahanları tətbiq edilib: "Şəxs gəlib sınaq imtahanından keçəndən sonra imtahana buraxılır. Bu imtahanda şəxs nədənsə çətinlik çəkirsə, bunun üçün bizdə kurslar təşkil olunur. Həmin kursdan sonra şəxs imtahan verə bilər".