adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Sentyabr 2021 13:30
2247
ELM VƏ TƏHSİL
A- A+

Yaşasaydı bu il yubileyini sevinclə qeyd edərdik: Ədilə Namazova - 95

Elə insanlar var ki, nəinki aid olduğu ailənin-evin eləcə də, bir kəndin, bir rayonun bir respublikanın və hətta böyük bir toplumun fəxr etdiyi insana çevrilir. Onlardan birini bu gün mütləq xatırlamalıyıq və borcumuzdur.


Adalet.az xəbər verir ki, Azərbaycanın tanınmış pediatrı, kardioloq, tibb elmləri doktoru,  professor, SSRİ Tibb EA-nın müxbir üzvü, əməkdar elm xadimi, Azərbaycan EA-nın həqiqi üzvü, Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü Azərbaycan SSR Dövlət mükafatı laureate Ədilə Namazovanın doğum günüdür. Əgər 2020-ci il dekabrın 16-da həyata vida etməsəydi, əzizləri, qədirbilənləri, və bütün Azərbaycan  bu gün onun  95 yaşını,  yubiley ilini qeyd edərdilər


Qürur duyduğumuz bu şəxsi tanımayan gəncliklə  tanış etmək istəyirik.

 

Min cild kitaba sığmayan ömür

 


Ədilə Əvəz qızı Namazova 9 sentyabr 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Orta təhsilini və ilk həyat məktəbini doğma rayonda keçmiş Adilə xanım öz zəhməti, istedadı və ləyaqəti ilə Azərbaycanın say-seçmə qadınları sırasına yüksələ bilib.
Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir (1949). 1965-ci ildən Azərbaycan Tibb İnstutunun pediatriya kafedrasının müdiridir. Tədqiqatı, əsasən, uşaqlarda revmatizm və ürək-damar xəstəliklərinə həsr olunmuşdur. Azərbaycanda pediatriya elmi məktəbinin yaradıcısıdır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir (1967 ildən). Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 

O, elm və təcrübəli təbabət sahəsində dünya miqyasında dəyərləndirilən dünya miqyasında dəyərləndirilən nailiyyələr qazanmışdır. Ədilə Namazova beynəlxalq aləmdə tanınan pediatr-kardioloqlardan biri idi. Həmyerlimiz Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri, türk dünyası pediatrları cəmiyyətinin vitse-prezidenti olub. Ədilə xanım 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almış, 1966-cı ildən isə  professordur. 1971-ci ildə o, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdi.  Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvü olub. Görkəmli təbabət alimi 1981-ci ildən "Səhiyyə əlaçısı" və Azərbaycanın əməkdar elm xadimi idi. Adilə Namazova 1982-ci ildə Respublika Dövlət Mükafatına layiq görülmüşdü. Həmyerlimiz uzun illər N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya kafedrasına başçılıq etmişdir.

 

 

Ədilə Namazovanın tədqiqatları, əsasən, uşaqlara revmatizm, ürək qüsurları və digər uşaq xəstəliklərinə həsr olunmuşdur. İlk dəfə olaraq ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətlərini Ədilə xanım öyrənmişdir. O, Azərbaycanın ilk qadın pediatr alimi sayılır. Əsərləri ölkəmizdə və xaricdə çap olunmuş, həmçinin bir sıra beynəlxalq təbabət məclislərində elmi məruzələrlə çxış etmişdir. 1989-cu ildə ABŞ-da buraxılmış "Dünyanın ulduz qadınları" ensiklopedik nəşrinə keçmiş SSRİ-dən adı düşən qadınlardan biri Ədilə xanım olub. Türk dünyasının böyük oğlu, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri Ehsan Doğramacı Bakıda olarkən demişdir: "Türk dünyası pediatrları içərisində Ədilə xanım və mən bacı-qardaşıq. O, mənim pediatr bacım, mən isə onun pediatr qardaşıyam".

Ədilə Namazova respublikamız müstəqillik qazanandan sonra milli elmimizin suverenlik atributu kimi yaradılmış Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinə üzv seçilmişdi Ədilə Namazovanın elmi yüksəlişi, nailiyyətləri, qazandığı nüfuz həmişə onu yetirən torpağa, həmyerlilərinə başucalığı, iftixar gətirmişdir. Qarabağ torpağının son 30 ilki ağrılı-acılı günləri Ədilə xanımın şəxsi həyatından və ictimai fəaliyyətindən kənarda qalmayıb. Keçmiş Sovet dövlətinin sonuncu millət vəkillərindən biri kimi o, erməni millətçilərinin Qarabağla bağlı əsassız iddialarının ifşa edilməsində bacardığı qədər çalışıbdır.
Ədilə xanım həmişə doğma rayonu, Qarabağla onun qayğıları, səhiyyə problemlərinin həlli ilə sıx bağlı olub. O, Ağdamdan gələnlərə ana-bacı münasibəti göstərmiş, xəstə uşaqlara hədsiz şəfqət bəxş etmişdir. Ədilə Namazovanın zirvələrə ucalan həyat yolu, sadəliyi və nəcibliyi, xalqına göstərdiyi xidmətlər yeni nəsillər üçün ibrətli bir örnəkdir.


 Allah rəhmət eləsin!