adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Sentyabr 2021 14:19
1378
ŞOU-BİZNES
A- A+

Ceylodan geyimi və  gözəlliyi ilə göz qamaşdıran FOTOLAR


Beysbolçu nişanlısı Aleks Rodrigesdən ayrıldıqdan sonra Hollivud ulduzu aktyor Ben Affleklə görüşən dünya pop səhnəsinin məşhur ulduzu Cennifer Lopezin sevgi həyatı kimi, iş həyatı da  uğurla davam edir.


 Model xanım İtaliyanın Venesiya şəhərində fotosessiya edib.


Adalet.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində paylaşım edib. 
Uzun dar geyimdə kamera önünə keçən ulduz həmişəki kimi gözəlliyi ilə izləyicilərini valeh edib. Paylaşıma fikir bildirənlər onun səmimi gülüşünə heyranlıqlarını ifadə ediblər. 


Hər zaman fit bədən quruluşu ilə diqqət çəkən 52 yaşlı JLo bu dəfə də öz ampluasında olub. 
Qeyd edək ki, müğənni gənc qalmağının sirrini  maraqlı izlənən açıqlamalarında yazmışdı. Lopez bildirmişdi ki, hər səhər bir yumurta sındırır və onun ağını içir. Bu həm onun dərisini təravətli saxlayır, həm də kökəlməsinin qarşısını alır. Lopez həmçinin meyvə və tərəvəzlərdən çox istifadə etdiyini vurğulayıb. Müğənni eyni zamanda statuslarına qırmızı bibər və hinduşka ətini sevdiyini də yazmağı unutmayıb..