adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Sentyabr 2021 18:00
1465
SAĞLAMLIQ
A- A+

Məhəbbət ilahəsi Veneraya həsr olunan HEYVANIN FAYDALARI

Bu gün oxucularımıza qədimdə Aralıq dənizi sahillərində məhəbbət rəmzi kimi tanınan  və məhəbbət ilahəsi Veneraya həsr olunan bir meyvədən , onun faydalarından söhbət açacağıq.

Payız meyvələrindən olan heyva tünd ətirli və ləzzəti ilə yaşından asılı olmayaraq hamının xoşladığı meyvədir. Onlan hazırlanan cem, mürəbbə, kompot hər kəsə xoş gələn təamlardan hesab olunur.


Adalet.az xəbər verir ki, tibb sahəsinin mütəxəssislərinin fikrinə görə dadlı və faydalı meyvə güclü müalicəvi təsirə malikdir. Heyva pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir.
Heyvanı müalicəvi və profilaktik vasitə kimi skleroz, pankreatit, hipertoniya, anemiya və s. xəstəliklər zamanı istifadə etmək olar. Heyva güclü sidikqovucu sayılır və bu səbəbdən müxtəlif sidik ifrazı sistemi xəstəlikləri zamanı çox xeyirlidir.
Mədə-bağırsaq sistemində problemləri olan insanlar da bu meyvədən faydalana bilər. Mis və sellülozla zəngin olan heyva həzm prosesləri yaxşılaşdırır, qaraciyərin və öd çıxarıcı yollarının funksiyalarını yaxşılaşdırır, ishalla mübarizədə kömək edir.

 

Heyva həlimi – 10 qram heyva üzərinə 100 ml qaynar suyu tökün. Uşaqlıq qanaxmalarnın qarşısını almaq üçün yeməkdən qabaq bir xörək qaşığı yeyin.
Heyva mürəbbəsi və ya biçmiş heyva qaraciyər xəstəliklərinin müalicəsində effektiv vasitə sayılır.
Təzə meyvənin şirəsi qan azlığında, həzm yolları, ürək-damar sisteminin xəstəlikləri və ya ishal zamanı sidikqovucu vasitə kimi qəbul edilir.
Heyva qusma dayanmasına kömək edir, heyva toxumu isə sinə yumşaldıcı, yaxşı və antiseptik xüsusiyyətlərə malikdir.
Heyva tumunun həlimi xaricə də tətbiq olunur. O, angina və ya göz xəstəlikləri zamanı, həmçinin, dərini yumşaldan vasitə kimi istifadə olunur.
Dərman məqsədilə yetişmiş meyvələrdən toxumları ayrılıb götürülür, günəşli havada qurudulur, sonra ondan çay hazırlayıb soyuqdəymələrdə sinə yumşaldıcı dərman kimi içilir.

 


Xalq təbabətində heyvanın yarpaqlarını qurudub, çay kimi dəmləyərək, ürək ağrısında sakitləşdirici dərman kimi içirlər.
Meyvəsinin mürəbbəsi ürək zəifliyində qüvvətverici kimi və həzm prosesini yaxşılaşdırıcı kimi çox xeyirlidir.
Xalq təbabətində meyvələrini inək yağında bişirilir, nəfəs yolları xəstəliklərində: xroniki bronxitdə, eləcə də vərəm xəstəliklərinin müalicəsində istifadə olunur.
Heyva şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün da faydalıdır.
Heyva antioksidant maddələrlə zəngindir ki, bu faydalı xüsusiyyət onu stress, depressiya zamanı, xərçəng hüceyrələrin əmələ gəlməsi ilə mübarizədə yaxşı köməkçi edir.


 Hər gözəlin bir eybi olduğu kimi bu “gözəl”ində eybi var. Özünün bütün müalicəvi xassələrindən başqa, heyvanın bəzi zərərləri də var. Məlumdur ki, heyva toxumlarının büzücü təsiri var. Odur ki, heyva tumları mədə xorası olan insanlara məsləhət deyil. Çünki qəfil tutmalar yarada bilər.
Həmçinin plevrit zamanı heyva yeməkdən çəkinmək lazımdır. Əks halda qəbizlik yarada bilər.

 

 Qeyd edək ki,  Azərbaycan mətbəxində dadlı yeməklərdən hesab olunan heyva dolması da süfrələrin bəzəyidir. Onun da  dadına baxmağı unutmayın.

 Əntiqə Rəşid