adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Sentyabr 2021 18:24
1004
SAĞLAMLIQ
A- A+

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62584 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39424 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7493034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4465644, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3027390 təşkil edir.