adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Sentyabr 2021 15:35
894
SAĞLAMLIQ
A- A+

Azərbaycanda son sutkada 2 676 nəfər COVID-19-a yoluxub, 38 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 676 yeni yoluxma faktı qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 460 092 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, aktiv xəstə sayı 44 585 nəfərdir.

Ölkədə son sutka ərzində 13 536 , hazırkı dövrədək isə 4 652 996 test aparılıb.