adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Sentyabr 2021 18:00
1813
HADİSƏ
A- A+

Füzulidə daha 1 erməni meyiti tapıldı

Füzuli istiqamətində daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Adalet.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da 14 noyabr 2020-ci ildən indiyədən Qarabağda axtarışlar zamanı tapılan erməni əsgər meyitlərinin sayı 1666-ya çatıb.

Qeyd edək ki, axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.