adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Sentyabr 2021 18:00
2120
KRİMİNAL
A- A+

Son 14 gündə 136 kiloqram narkotik aşkarlanıb - RƏSMİ

Sentyabr ayında, 14 gün ərzində daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində ölkə ərazisində 285 fakt üzrə 136 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, həmin faktlardan 175-i narkotik vasitəni qanunsuz saxlama, 84-ü satış, 26-sı isə əkin təşkil edib.