SON DƏQİQƏ:

" Qol saatı" - Xaver Şəfiyevadan HEKAYƏ

  593   |  
Şriftin ölçüsü  

23 oktyabr.2020 ci il.

Dağların arxasından alov topları kimi atılan mərmilər ,top  atəşləri ordumuzu zərrə qədər də qorxutmurdu.Hava çiskinli soyuq və küləkli idi. Cəld,çevik hərəkət etdiyimizdən soyuqluğu hiss olunmurdu.Damarlarda sürətlə axan qanın bədənə  ötürdüyü istiliyindən üstümüzdə qalan paltarlarını da çıxartmaq istəyirdik.

  Hərbi hissədən xeyli uzaqda -düşmənin nəzarəti altında olan torpaqlarımıza yaxın ərazıdə şiddətli atışmalar davam edirdi.

   Birlikdə olduğumuz komandadan   xeyli əsgər qabağda döyüşürdü.

Nəçə nəfər var orda Fərid?

 Əsgərlərin  dəqiq sayını mən də bilmirəm   1 komandirimiz  üç gizirimiz də ordadır

Başqa?

 Qalanları hamısı əsgərlər,könüllu gələnlərdir..aramızda tək  həkim ,həm qadın sənsən.

 

    İtkilərimiz olur  ,xilas edə bilmədiklərim olur ....onları həyatda qalmaları üçün var gücümlə çalışıram.

      Neynəmək olar biz sevdiklərimiz üçün ,vətən üçün hər şeyə hazırıq.Bildiyim qədər könüllü gəlmisən hə?

       Bəli müharibə başlıyandan özümə yer tapa bilmirdim...hər dəfə şəhid xəbərləri alanda  gözümə yuxu getmirdi.Bəzən bir neçə nəfəri xilas eləmek üçün tək bir nəfər də kifayət edir. Uşaqlıqdan atasız böyümüşəm, övladlarım da atasız böyüyürlər , bu acını yaşamışam və istəmirəm burda olan  gənc ataların övladları da mənim yaşadıqlarımı yaşasın.Şəhidlik uca zirvədir amma o boşluq ki  var...onu söznən ifadə eləmək çox çətindir.

    Qismətimizdə nə varsa o da olacaq,təki torpaqlarımızı  geri ala bilək. 

  Araya bir  xeyli sükut çökmüşdür.Yaxınlardan gələn atəş səslərı kəsilmirdi ,biz olan ərazıyə atmırdılar hələki.

 Tibbi ləvazimatları olan çantaları  atışmalara tuş gəlməyən bir yerdə  yerləşdırməliyik..çantaların ağırlığindan barmaqların ucların tünd bənövşəyi rəng almışdı.

 

  Yoldaşlarımıza  çatmalıyıq   ,nə qədərki atəş açmırlar burdan çıxaq,bizi hər an təhlükə gözləyir .

    Saat neçədir həkim?

    Bilmirəm!

  Qolundakı saat deyil?

   Saatdır !

O saata diqqətlə baxıb  üzünü göylərə tutub  nəsə dua edirdi.Vaxtı demək üçün  diqqət yetirdiyini düşunsəm də ondan bir kəlmə çıxmadı.

Bu hal tez tez baş verirdi ,hər dəfə saata baxıb  gah öpür ,gah ürəyin üstünə qoyurdu.Sual versəm də  faydasız olduğunu bilirdim.. çox  danışmaqla arası yox idi.

Artıq əsgər yoldaşlarımıza çatmışdıq .Hər kəs öz  yerini tutub atışmalara cavab verir ,düsməni geri qaçmağa məcbur edirdi.

Anidən qulağıma güclu gurultu səs eşitdi  ,hər yeri duman bürudu.

Uzaqdan komandir səsi eşidilirdi :atəş -atəş. 

Döyüş yoldaşlarımızdan xeyli hissəsi yerə sərilmişdi .Arasında  güclə   tərpənen kim,inildəyən kim. Həkimimiz də yaralanıb ,qolu bütov qan idi ,tələsik qoluna bint sararaq  əsgərlərin köməyinə çatmağa can atırdı .10 larla əsgər var idi yaralı  kimin yanına qaçacağını  çaşqinlıqla qərar verirdi ,hamısının tək xilaskarı  o qadın idı.Əllərimi yerə  dayayaraq durmaq istədiyim an  şiddətli ağrını yenice hiss edirdim.Qəlpələr aýağimı deşmişdi.Məndən biraz uzaqda ağaca dayayaraq uzanmış konullu əsgərimiz Abbas var idi.Çətinliklə də olsa özümü ona çatdırdım.O gözlərı açıq artıq   həyatla vidalaşmışdı.Sinənin üstündə qalan kağız parçası qan ləkələrı izlərindən güclə oxunurdu.

"Dünyaya gələcek oğluma mənim adımı verərsiniz Ana !Məni bağışla!"

 

Özümü güclə saxlayırdım, ıçimdən gələn bağırtı ilə bütün dünyaya qışqirmaq istəyirdm.Kağızı cibimə qoyub digər əsgərlərin köməyınə getdim.Onun yanında qalmağım faydasız idi .Kömək gözlüyən neçə neçə yaralı əsgər var idi.

Murad,Elçin,Ayaz....Qorxamaz   qışqıra qışqıra  ordaca şəhid olmuş əsgərlərin adlarını sadalayırdı.

Qan fışqıran  qolsuz ,ayaqsız  bədənlərı görə

görəndə öz ağrılarımı unutmuşdum.Həkimimizin sağ qalan əsgərlerın köməyi ilə  cəld ilkin tibbi yardımları bir çox əsgərın həyatda qalmaqlarına ümüd ışığı verirdi.Vəziyyəti ağır əsgərlərı təcili surətdə xəstəxanlara çatdırmağa gösteriş verirdi.Yerdə qalan əsgərlər düşməni qova-qova qabağda gedirdi .Əsgərlərə lazımı tədbiləri görüb tibbi ləvazimatlarını da götrüb  irəli getməliydik.Qabağmızda   nə ağac nə kol heç nə olmayan açıq meydança  açılırdı.Təhlükə gözlənilən  əsas  yer   bura idi .Silahımı ətrafa tuşlayaraq özümüzü qoruya- qoruya yavaş- yavaş irəli gedirdik .Ard arda  fasilesiz atışmalar daha da sürətlənirdi.Düşmən bizə tuşlayırdı sanki.Yerə uzanaraq sürünə sürunə  davam edirdik yolumuza.Qadın məndən biraz  geridə idi,mən qabağa  getdikce aramızdakı məsafə çoxalırdı.Yaraları ona yeriməyə imkan vermədiyini düşünüb köməyə geri getməyə  düşündüm.O artıq nə irəli nə geri gəlməyə cəhd edirdi.Uzandığı yer bütün qan olmuşdu.İlahi!

Onu xilas etməliydim.Tələsik gucağımda tutub əvvəlki durduğumuz  pusquya tərəf qaçdım

 

Fərid özunu qoru gecdir artıq  mən sağ  qalmıyacam ,duşmənin atdıği güllələr onun kürəyini  bir neçə yerdən deşmişdi.Bütün gücünu toplayıb  qolunu qaldrıb saatı gözlərin önünə gətirdi.Yenə həmin baxışlar ,yeni həmin qol saatı və göz yaşı.

  Həmişə sizinlə fəxr edirdim,bundan sonra siz mənimlə fəxr edəcəksiniz.

Sanki ölüm ona bu sözlərıni bitirmək üçun  biraz zaman vermişdi.Səmaya baxa baxa  gözlərini yumdu.Üzündə  tebəssüm hələ də qalmagdaydı.Diz çöküb onun başını üstündə dayanmışdım.Onu xilas edə bilmədiyim üçün özümu günahkar bilirdim.O hamının xilaskarı idi amma ,bir  mələk idi.Qolundakı saatda övladların şəkillərını salmışdı.Saatın içini çıxardıb balaca kəsmiş onların   simalarını  yerləşdirmışdır.Saata baxdığimda iki mələk üz gülürdu ordan.Bütün döyüs boyu qadın öz övladlarına baxıb Allaha yalvarırmış,onlara sağ salamat çatmaq üçün,onları anasız qoymamaq üçün. 

Əsgərlərın övladlari  atalarsiz  böyüməsın  deyə  öv övladlarını anasız  saxlayan  həmən qəhrəman qadın.

Nəsr ,hekayə

Müəllif:Xaver Şəfiyeva

Hekayə İkinci vətən müharıbəsinin yeganə qadın qəhrəmanı Arəstə Baxışovaya iltihaf olunub

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK