adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Sentyabr 2021 12:36
1236
ANALİZ
A- A+

Azərbaycan qanuni və ədalətli cavab verir

Gorus-Qafan yoluyla bağlı müzakirələr səngimək bilmir. Politoloq Tural İsmaylov adalet.az-a açıqlamasında bildirib ki, bu  məsələdə Azərbaycan qanuni və ədalətli cavab verir.

“Ermənistan Gorus-Qafan yolu əvəzinə İrandan gələn tır sürücülərinə alternativ yol təklif edib. Polis və SNB səlahiyyətliləri İran yük maşınlarının dolama yoldan istifadə etməsini təklif edirlər. Sürücülərin çoxu keçid məntəqəsində yük maşınlarına görə azərbaycanlılara ödəməyə pulu olmadığını deyib vəziyyətdən çıxmaq istəyir. Azərbaycan yenə humanizm nümayiş etdirib. İranlı sürücülərin çoxu Gorus istiqamətində hərəkət edərkən pul çatışmazlığı səbəbindən pul ödəməyib. Ancaq onlara xəbərdarlıq edilib. Sürücülər etiraf edirlər ki, Ermənistan polisi və SNB onlara dolama yolu ilə hərəkət etməyi təklif edir. Ancaq yük maşınları çox böyükdür və belə dar bir yolda gedə bilməzlər. Sürmək istəyən bəzi yük maşını sürücüləri qəzaya düşüb. 

Azərbaycan Ermənistanın təxribatları və İranın qanunsuz formada Xankəndiyə yük göndərməyinə qanuni və ədalətli şəkildə cavab verir.”

Emin

Digər Xəbərlər