adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Sentyabr 2021 10:34
2229
ŞOU-BİZNES
A- A+

Ərindən boşanıb qadın sevgilisi ilə yaşayan aktrisanın tələbi:   60 milyon dollarlıq villa - FOTOLAR..


Dünyanın həsədlə baxdığı cütlük , Hollivud ulduzları aktrisa Ancelina Colinin həyat yoldaşı Bret Bittdən ayrılmasının əsl səbəbi yəqin ki sizə də məlumdu.
Coli bütün kişilərdən uzaqlaşmaq qərarına gəlib. Ona görə də əri Breddən təcili boşanmaq istəyib.
Onun bundan sonra biseksual kimi həyatını davam etdirəcəyi iddia olunur. yaxınları Ancelinanın boşandıqdan sonra eks sevgilisi,xanım Cenni Şimizu ilə görüşdüyünü də deyirlər.

Adalet.az xəbər verir ki,  Ancelina Coli və Bred Pitt 2014-ci ildə ailə qurublar. 2016-ci il dəisə  Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Boşanma . 2019-cu ilin  sentyabrında yekunlaşsa da məhkəmə çəkişmələri davam etməkdədir.
Cütlük arasında səssiz mühabə də elə həmin gündən başlayıb. Təsəvvür edin ki, birlikdə əldə edilmiş əmlak bölgüsü üstündə məhkəmə çəkişmələri bu günə qədər  davam edir.
Bu dəfə məhkəmənin səbəbi Fransada yerləşən "Château Miraval" malikanəsi olub. Malikanənin qiyməti 60 milyon dollardan çoxdur.
Aktyor deyir ki, keçmiş həyat yoldaşı birinci il deyil ki, ona daşınmaz əmlak payını əldə etməkdə mane olur. Ancelina eks-həyat yoldaşının maliyyə maraqlarına məhəl qoymayaraq, öz aksiyalarının 40%-ni satmağa çalışır.
"Ancelina Colinin şirkəti Bred Pittin malikanəyə yatırdığı inanılmaz miqdarda pul və səylərini nəzərə almadan öz gəlirini almaq istəyir”.- iddia ərizəsində deyilir.
Görünən odur ki, keçmiş həyat yoldaşının addımı aktyoru şoka salıb.


Qeyd edək ki, hazırda Ancelina Coli və Bred Pittin 6 uşağı var. Onlardan 3-ü Meddoks, Paks və Zakara övladlıq, 3-ü isə - Şeylo, əkizlər Noks və Vivyen doğmadır. Seylo on üç yaşı olarkən cinsi ilə yanaşı, adını da dəyişərək Con olub.

Əntiqə Rəşid