adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Sentyabr 2021 11:47
971
ELM VƏ TƏHSİL
A- A+

BDU-nun köhnə yataqxanaları nə zaman yenilənəcək? - Universitetdən açıqlama

Bakı Dövlət Universitetindən tələbələr üçün yeni yataqxana binalarının nə zaman tikiləcəyi məsələsinə aydınlıq gətirilib.

Adalet.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər məlumat verib.

O bildirib ki, hazırda bu istiqamətdə iş aparılır:

"Bildiyiniz kimi, Bakı Dövlət Universitetinin müasir standartlara cavab verən, yeni "Tələbə evi" inşa edilib. “Tələbə evi”ndə müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub BDU-nun digər yataqxanaları hazırda istafadəyə yarasız vəziyyətdədir. Yeni yataqxana binalarının tikintisi ilə bağlı müzakirələr aparılır, bir sözlə üzərində iş gedir", - deyə məlumatda qeyd olunub.