adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Sentyabr 2021 13:31
1598
HADİSƏ
A- A+

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus maşın soyuldu

Bakıda avtomobildə oğurluq olub.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssisəsinə məxsus “İveco” markalı avtomobildən 2187 manat dəyərində akkumulyator və 5 ədəd təkər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.