adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Sentyabr 2021 15:11
1805
ŞOU-BİZNES
A- A+

Əlikram Bayramovun villası ola bilməzki?!

Heç xoşuma gəlməyən bir məsələ bizim qəzetin saytında da işıqlandırılıb. Nədi, Əlikram Bayramovun villası ilə hansısa bir Hollivud ulduzunun villası müqayisə olunub və guya Əlikramın villası onunkundan daha möhtəşəmdi.

Əvvəla, Əlikramın villası adını bilmədiyim həmin ulduzun villasından möhtəşəm deyil və adi, bir az, yaraşıqlı kənd evidi. Həyətin yarısında lazımsız çardaq tutub. Amma həmən ulduzun villası Azərbaycan kənd üslubunda deyil, daha yaraşıqlıdı.

İkincisi, deməli Hollivudun ulduzları və ya Fransanın ulduzları, hətta Rusiyanın ulduzları normal villalarda yaşaya bilərlər. Amma bizim ulduzlar ya zirzəmidə yaşamalıdılar, ya da üç-dörd otaqlı bina evlərində.

Əlikramı tanımıram. Heç həyatda da rastlaşmamışam. Heç onun oxuduğu toylarda da olmamışam. Və mənim müğənnim deyil. Yüz il musiqisiz qalsam da, Əlikrama qulaq asmaram. Amma xalqımızın zövqünü mən müəyyənləşdirmirəm. Onun da öz sevənləri, fanatları var.

Üçüncüsü, Əlikram bu bağ evini hansısa haram pulla tikdirməyib, səsinə və xalq arasında hörmətinə görə tikdirib. Halal xoşu olsun!

Və Azərbaycanda gözəl bir məsəl var: «Qonşunun iki inəkli istə ki, sənin də bir inəyin olsun».  Amma çox təəssüf ki, bizlər qonşunun nəinki iki inəkli olmasını, hətta bir inəyinin olmasını da istəmirik!