adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Sentyabr 2021 11:24
1292
İQTİSADİYYAT
A- A+

Dünya bazarında qazın qiyməti  "qaz" vurur

İCE Futuresin məlumatlarına görə Avropada qaxın qiyməti rekord qiymətə qalxdı. Hollandi TTF -in indekslərinə görə qazın qiyməti ilkin olaraq 1050 dollar müəyyənləşdirilsə də, bir neçə dəqiqədən sonra tarixi maksimuma - 1076 dollara çatdı.
  
Əvvəlki rekord - min kub metrə görə 1060 dollar, bir neçə gün əvvəl müəyyənləşmişdi.
   
Son həftələr Avropada yanacaqların qiyməti artmaqdadır. Beləki, avqust ayında qazın min kub.metri 515 dollara idisə, bir ay sonra artıq 614 dollara qalxmışdı. Sentyabrın axırlarında isə ümumiyyətlə iki dəfə bahalaşdı.
  
Ekspertlər qiymət artımını bir neçə faktorla izah edirlər. Birincisi qaz anbarlarının azlığı, ikincisi isə Asiyada qaza tələbatın artması.

Rüstəm Hacıyev