adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
01 Oktyabr 2021 18:05
1796
İDMAN
A- A+

Mahir Emrelinin geyindiyi köynək satışa çıxarıldı

"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emrelinin Avropa Liqasının qrup mərhələsində İngiltərə "Lester"i ilə oyundan sonra müsahibə verərkən geyindiyi köynək gündəm olub.

Qol.az Polşa mətbuatına istinadən xəbər verir ki, köynəyin üzərində oyunun hesabının yazılması diqqət çəkib. Qısa vaxt ərzində hesabın əks olunduğu geyimin hazırlanması müzakirələrə səbəb olub.

Bunu nəzərə alan "Legiya" klubu həmin köynəyi rəsmi mağazalarında satışa çıxarıb. Köynəklərin qiyməti 89 Polşa zlotu (təqribən 38 manat) təşkil edir.

Xatırladaq ki, "Legiya" Mahir Emrelinin qolu ilə "Lester" üzərində 1:0 hesablı qələbə qazanıb.