adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Oktyabr 2021 10:53
1213
TEXNOLOGİYA
A- A+

"Facebook" serverlərin çökməyinin səbəbini açıqladı

Ötən gün "Facebook" sosial şəbəkəsinin serverlərinin çökməsi magistral marşrutizatorların konfiqurasiyasının yanlışlıqla dəyişdirilməi nəticəsində baş verib.

Adalet.az-ın məlumatına, bu barədə "Facebook"un nöqsan aradan qaldırıldıqdan sonra yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, magistral marşrutizatorlar müxtəlif data mərkəzləri arasında məlumatın ötürülməsini təmin edən avadanlıqlardır.

Bəyanatda qeyd olunur ki, mühəndislər konfiqurasiyada yanlışlıqla dəyişikliklər edib və nəticədə data mərkəzləri arasında əlaqə pozulub.

Eyni zamanda "Facebook" şirkətinin ofisində elektron qurğular da sıradan çıxıb ki, bununla əlaqədar əməkdaşlar giriş kartları ilə ofisə daxil ola bilməyiblər.

Yaranan qüsur nəticəsində "Facebook" və şirkətə məxsus "Messenger", "WhatsApp" və "Instagram" yeddi saata yaxın müddət ərzində işləməyib.

Bununla yanaşı, şirkət yayılan məlumatlara baxmayaraq istifadəçilərin məlumatlarının sızmasının qeydə alınmadığını bildirib.(trend)