adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Oktyabr 2021 11:58
1417
ELM VƏ TƏHSİL
A- A+

Düşmənə dərs keçən müəllimlərimiz - Foto

Vətən Müharibəsində bir daha sübut olundu ki, müəllim təkcə sinif otağında deyil, döyüş meydanında da şagirdləri üçün bir nümunədir.

Adalet.az xəbər verir ki, bu sözləri Vətən Müharibəsi iştirakçılarından olan 27 saylı məktəbin informatika müəllimi Elvin Səlimov 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü barədə danışarkən deyib.

“Döyüşlərin başlanmasından bir neçə gün sonra məlum oldu ki, digər bölmələrdə şagirdlərimdən biri həqiqi hərbi xidmətdədir. Şagirdimin yanına getmək istədim. Lakin müxtəlif istiqamətlərdə olduğumuzdan həmin gün görüşə bilmədik. Şagirdimlə döyüş meydanında çiyin-çiyinə olmağıma sevindim. Bu, başqa hissdir. Sözlə təsəvvür etmək mümkün deyil”, - müəllim bildirib.

Qeyd edək ki, ölkə üzrə ümumilikdə 720 təhsil işçisi 44 günlük Vətən Müharibəsində iştirak edib, 20 müəllim şəhid olub.