adalet.az header logo
  • Bakı 13°C
05 Oktyabr 2021 15:04
1246
ELM VƏ TƏHSİL
A- A+

Bakıda bir sinif distant təhsilə keçdi - RƏSMİ

162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Bu barədə Adalet.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunur ki, məktəbdə əyani təhsil davam edir:

"Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır".

Qeyd edək ki, sentyabrın 29-dan ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılıb. İbtidai siniflər üçün tədrisə isə sentyabrın 22-də start verilib.