adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Oktyabr 2021 16:39
1882
İDMAN
A- A+

“Qarabağ” – “Kayrat” matçının stadionu bəlli oldu

“Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat”a (Qazaxıstan) qarşı keçirəcəyi ev oyununun stadionu məlum olub.

Adalet.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Oktyabrın 21-də keçiriləcək qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oktyabrın 21-də, Bakıda keçiriləcək “Qarabağ” – “Kayrat” oyunu saat 20:45-də başlayacaq.

“Qarabağ” Konfrans Liqasının H qrupunda 4 xalla liderdir. Ağdam təmsilçisi qrupda “Kayrat”la yanaşı, “Bazel” (İsveçrə) və “Omoniya” (Kipr) ilə mübarizə aparır.